Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranların məhkəməsi başladı

Səbail Rayon Məhkəməsin Hacı Zeynalabdin Tağıyevin heykəlinə
zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi
Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzerTimes-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları
dəqiqləşdirilib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxslər əməllərindən
peşman olduğunu bildiriblər. Məhkəmənin növbəti iclası mayın 13-nə
təyin edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında sosial şəbəkələrdə
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu
ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən
görüntülər yayılmışdı. Qısa müddətdə heykəlin qoparılan elementi
(təsbeh) heykəltəraşın iştirakı ilə bərpa edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə
şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı
il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Teqlər: