Bağdadın şimalında əksəriyyəti iranlı zəvvarlar olan mikroavtobus qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
İki mikroavtobusun toqquşması nəticəsində 14-ü İran vətəndaşı olmaqla, 18 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Qeyd edilib ki, avtobus Kərbəla şəhərinə gedirmiş.