Qum əyalətindən İraqa iranlı zəvvarları daşıyan avtobus Samarra şəhəri yaxınlığında yanacaq daşıyan tankerlə toqquşub.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hadisə nəticəsində 32 nəfər yaralanıb, 2 nəfər isə həyatını itirib.
Avtobusda 52 nəfərin olduğu bildirilib.
Yaralılardan bir neçəsinin durumu ağırdır. Ölü sayının artacağı istisna edilmir.