Zərifi birdəfəlik edam edin, canınız qurtarsın! – Deputat

Zərifi birdəfəlik edam edin, canınız qurtarsın! – Deputat

İran parlamentinin üzvü Əhməd Biqdeli Məhəmməd Cavad Zərifin Prezident Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini təyin edilməsi məsələsinin parlament sədri tərəfindən tez-tez müzakirəyə çıxarılmasını kəskin tənqid edib.

AzerTimes xəbər verir ki, o, bu barədə İran parlamentində çıxışı zamanı danışıb.

“Bu ölkədə bəzi həmkarlarımızın əsas mövzusu Məhəmməd Cavad Zərifdir. Gəlin, birdəfəlik Zərifi edam edək, görək bunlar rahatlayacaqmı? İnsanların su, işıq, işlə təminat problemləri var. Biz isə səhərdən axşama qədər parlamentdə Zərifdən danışırıq. Onu birdəfəlik ölkədən qovaq, bəlkə parlament nümayəndələri sakitləşər. Həqiqətən parlamentdə millət vəkillərinin bundan başqa işləri yoxdur?” – o bildirib.

Qeyd edək ki, son günlər vitse-prezident Məhəmməd Cavad Zərifin övladlarının xarici ölkə vətəndaşı olması İranın müəyyən siyasi dairələri tərəfindən geniş müzakirəyə çıxarılıb. Parlament sədri Məhəmməd Bagir Qalibaf isə Zərifin vitse-prezident vəzifəsinə təyin edilməsini qanunsuz adlandırıb.

Teqlər: