Zərərçəkmiş məhkəmədə Maqsud Mahmudovu hədələdi

Xəbər - Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, prosesdə ifadə verən zərərçəkmiş Aslan
Qəhrəmanov bildirib ki, Maqsud Mahmudov ondan 650 min manatdan
artıq pul alıb.

“Dostum 120 min dollar dəyərində Mercedes S klas götürmüşdü.
Maqsud bir dəfə dedi ki, mənə təcili pul lazımdı. Mənə dedi ki,
mənə 500 min manat pul lazımdı. Axşam dostlarımla birlikdə gəldik
restorana orada söhbət elədik. Mənə dedi ki obyektini ver mənə
satım 500 min manata. Mən razılaşmadım. Maqsud ağladı. Sonra məni
yola gətirib obyektimi 310 min dollara satdılar. Alqı-satqı etdik.
Alan vətəndaşlar bank vasitəsilə pulu ödədi. Maqsud həmin pulu da
götürdü, dostumun da maşınını satdı, o pulu da götürdü. Mən ona
dost kimi köməklik etmişəm. Sonradan Maqsud qaçdı, getdi. Hər dəfə
Ukraynadan zəng edirdi ki, gəlib sənin pulunu verəcəm. Mən də
inandım. İnanmazdım ki, mənim evimdə çörək kəsən, anama ana deyən
adam mənə pul atar. İstintaq müddətində bəzi söhbətlər açıldı ki,
Maqsud mənə pulu atıb.

İstintaqda deyib ki, mən ona pul verməyəcəm. Ümumilkdə danışıq
olmuşdu ki mənə 500 min manat borcludu. Amma mən ona dollarla
vermişdim pulu, onda da dollar 1.05 manat idi. Sonradan dollar da
bahalaşdı. Ümumilikdə 615 min manat alıb. Amma mən həmin obyektin
arendası ilə dolanırdım. Həmin vaxtdan arenda da almıram. Maqsud
kimə nə borcludur, özü bilər. Maqsud mənim pulumu verməsən, nəslini
qıracağam”, – deyə zərərçəkmiş bildirib.

Teqlər: