Zərdabda oğurluq edən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Dəkkə və Təzəkənd kəndləri ərazisində oğurluq faktları törədən Ağdam rayon sakinləri T.Axunov, F.İsmayıllı və E.Baxışov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər müxtəlif vaxtlarda kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.