Zərdabda birmərtəbəli ev yanıb, 2 nəfər ölüb

Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan
kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar
konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti
alıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova
Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin
qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər
yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri
tərəfindən söndürülüb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: