Azərbaycan Ordusunun arsenalındakı zərbə dronları və pilotsuz uçuş aparatları (PUA) Ali Baş Komandana nümayiş etdirilib.
AzerTimes xəbər verir ki, hərbi vasitələrin nümayişi bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən baş tutub.
Belə ki, Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı PUA-ları nümayiş etdirilib.