Zəngilanın iki kəndi su anbarının altında qaldı – Foto

Zəngilanın iki kəndi su anbarının altında qaldı – Foto

Xudafərin su anbarının ərazisi genişləndirilib və Zəngilanın vaxtilə mövcud olan, hazırda dağılmış və yer üzündən silinmiş iki kəndi suyun altında qalıb.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist Elməddin Muradlı məlumat və foto paylaşıb.

O bildirib ki, hazırda genişləndirilmiş su anbarı Araz çayının suyu ilə tam doldurulub:

“Çox güman ki, bəzi kəndlərimiz əvvəlki yerində salınmayacaq. Əvəzində bol suyumuz və enerjimiz olacaq. Yaxşı turistik zonaya çevirmək olar Xudafərini”.

Teqlər: