Zəngilanın 12, Cəbrayılın 5, Füzulinin 3 kəndi işğaldan azad edildi

Zəngilanın 12, Cəbrayılın 5, Füzulinin 3 kəndi işğaldan azad edildi

Ölkə başçısı İlham Əliyev Qarabağda gedən döyüşlərin nəticəsi barədə şəxsən öz sosial hesabında məlumat verib.

Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan azad edilib.

Zəngilan rayonunun Xurama , Xumarlı, Sarıl, Babaylı, Üçüncü ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, İçəri Muşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri və Mincivan qəsəbəsi işğaldan azad edilib.

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndləri işğaldan azad edilib.

Prezident İlham Əliyev bu barədə məlumatları Twitter hesabında paylaşıb.