Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib – Sərəncam

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam
imzalayıb.

Sərəncamda qeyd edilir ki, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan
Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli
1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi
rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin.

Teqlər: