Bu gün Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda minalarla mübarizə üzrə üçüncü beynəlxalq konfrans işə başlayıb.
AzerTimes xəbər verir ki, tədbirdə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, beynəlxalq ekspertlər iştirak edirlər.
Konfrans sabah Bakıda davam edəcək.