Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının
Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin
təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayon
ərazisindəki tərk edilmiş hərbi mövqelərdən xeyli sayda
silah-sursat aşkar edilib.
Tapılan 1 avtomat, 1 Faqot, 13 müxtəlif növ qumbara, 25 müxtəlif
növ mərmi, 20 avtomat darağı, 4752 müxtəlif çaplı patron və digər
sursatlar aidiyyəti üzrə təhvil verilib.