Zəngilanda “Ağıllı kənd”in 42 hektarı minalardan təmizlənib

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə 906 hektar əkin sahəsini minalardan təmizləyib.

Bunu AzerTimes-a açıqlamasında Agentliyin operativ qərargahının rəhbəri İdris İsmayılov deyib.

O bildirib ki, hazırda bu ərazilərin təmizlənməsi prosesi davam etdirilir: “Təmizlənmiş yerlər Ağdam, Zəngilan və Qubadlı rayonlarındadır. Həmçinin, cənab Prezidentin bu ilin fevral ayında Zəngilan şəhərinə səfəri zamanı “Ağıllı kənd” və “Ağıllı şəhər” layihəsi çərçivəsində təmizləmə əməliyyatı başlanıb. Həmin ərazidə ilkin mərhələdə 50 hektar ərazidə yaşayış sahəsinin salınması planlaşdırılır ki, artıq agentlik tərəfindən 42 hektar, yəni qeyd edilən ərazinin 86 faizi təmizlənərək aidiyyəti üzrə təhvil verilib. Yerdə qalan 8 hektar ərazi isə bir neçə günə təmizlənərək təhvil veriləcək”.

İ.İsmayılov qeyd edib ki, daha sonra yeni salınacaq yaşayış məntəqəsinin ətrafında olan kənd təsdərrüfatına yararlı torpaqların təmizlənərək təhvil verilməsi nəzərdə tutulur.

Teqlər: