Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib (FOTO)

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin
birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə
olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” – “Smart DOST” məntəqəsi
ilə də tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-ə verilən məlumata
görə, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial
müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox
xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana
biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi
vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata
keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək
göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması
və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
tərəfindən həyata keçirilib.

Teqlər: