Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək.
AzerTimes xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Real TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb:
“41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni ağıllı kəndə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik”.