Ağdam. Aslan Məmmədli. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl təməlini qoyduğu Zəngilan hava limanının tikintisinə start verilib. Hazırda ərazidə tikinti işləri ilə yanaşı minalardan təmizləmə prosesi də paralel aparılır.
Bunu AzerTimes-ın Qarabağ bürosuna AZAL rəsmisi Valeh Əmiraslanov bildirib.
O, əlavə edib ki, hazırda aeraportun uçuş-enmə zolağında qazma və torpaq yatağının çıxarılması işləri gedir:
“Füzulidə olduğu kimi Zəngilanda da işlər sürətlə davam edir. Azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmaq hər birimiz üçün böyük qürur hissidir. Tikinti prosesini vaxtında başa çatdırmaq üçün var gücümüzlə çalışırıq”