Rusiya Prezidenti Putin 2020-ci il 9/10 noyabr bəyanatı ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra dəhlizlə bağlı heç nə deməyib.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski xarici işlər naziri Sergey Lavrovun erməni tərəfinin Zəngəzur dəhlizilə bağlı razılaşmanı sabotaj etməsi barədə açıqlamasından sonra İranın müxtəlif rəsmilərinin Kremlin ünvanına tənqidlərinə cavab olaraq erməni mediasına deyib.
Satanovskinin fikrincə, Ermənistan, Azərbaycan, İran, Rusiya və Türkiyənin bu məsələdə necə anlaşacağı məlum deyil:
“Bunu mühakimə etmək əbəsdir, tənqid etmək də əbəsdir. İran Rusiya deyil. İranın öz maraqları var, Türkiyənin özünün, Azərbaycanın da özünün – indiki Ermənistanın öz maraqları var, ya yox, anlamıram. Bunu Paşinyandan soruşmaq lazımdır. Yeri gəlmişkən, 100 il əvvəl də Zəngəzir dəhlizi haqda danışırdılar.
Bir vaxtlar Birinci Dünya müharibəsinin sonunda heç vaxt qüvvəyə minməmiş Sevr müqaviləsi də müzakirə olunurdu. Üstəlik, bu müqaviləyə əsasən Böyük Ermənistan xəritədə idi. Deməli, az adam vəd ediləni edir”.
“3+3” formatına gəlincə, Satanovski iddia edib ki, diplomatiya həmişə daha az şeyə nail olur.