Zəngəzurda əməliyyat: Gorusun polis rəisi saxlanıldı

Zəngəzurda əməliyyat: Gorusun polis rəisi saxlanıldı

Dekabrın 12-də Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi Zəngəzurda (Sünik) əməliyyat keçirib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Əməliyyat nəticəsində Gorus Polis İdarəsinin rəisi Muşeq Gevorkyan və Qafan Polis İdarəsinin rəis müavini Vaqarşak Ginosyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən saxlanılaraq, İrəvana aparılıblar.

Onların saxlanılma səbəbləri barədə məlumat verilməyib.

Teqlər: