“Zəngəzur” tankerinin təmiri başa çatıb (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz
Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankerinin tərsanə təmiri
başa çatıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri
qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Trendxəbər ki, təmir zamanı tankerin sualtı və
suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş
göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və
ağac emalı işləri aparılıb.

Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri
də yerinə yetirilib. Həmçinin, yeni borular quraşdırılıb.


Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və
yaxın günlərdə Türkmənistandan xam neftin daşınmasına cəlb
ediləcək.

Qeyd edək ki, “Zəngəzur” tankerinin uzunluğu 149,9, eni 17,3
metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur

Teqlər: