Ehtiyac olarsa, sakinlər silahlandırılacaq.
AzerTimes xəbər verir ki, bunu Qərbi Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan deyib.
Onun sözlərinə görə, Dığ kəndində 50 təsərrüfat obyekti və ailələr ərazi problemləri ilə üzləşiblər:
“Bir tərəfdən azərbaycanlıların irəliləyişi, digər tərəfdən bizim ordu ilə bağlı olan yerləşdirilmə var. Onların arasında ərazi var. Onların nə qədər yaxın yerləşə biləcəyi artıq müdafiə xarakterli məsələdir”.