Zəngəzur dəmir yolu belə tikilmişdi – Tarixi video

Zəngəzur dəmir yolu belə tikilmişdi – Tarixi video

Azərbaycan Dəmir Yolları QSC Mincivan-Culfa dəmir yolunun tikintisi ilə bağlı arxiv videosunu paylaşıb.

AzerTimes xəbər verir ki, “Qayalardan keçən yol” sənədli filmdə azərbaycanlı fəhlələrin böyük əziyyətlə dəmir yolunun tikintisində iştirak etdiyi əks olunur.

Filmdə dəmir yolunun ilk dəfə 1941-ci ilin fevralın 19-da istifadəyə verildiyi də qeyd olunub.

Mincivan-Culfa dəmir yolunun tikintisinin azərbaycanlılar tərəfindən aparılması, daha sonralar bu yolun tamamilə Azərbaycan SSR-in nəzarətinə keçməsi bu yolun dəhliz statusunda olmasını sübut edən faktlardan biridir.

Qeyd edək ki, türkoloq Aydın Qasımlı Mincivan-Culfa yolunun heç bir zaman Ermənistana aid olmadığını, bu yolun məhz azərbaycanlı dəmiryolçular tərəfindən tikildiyini, müxtəlif vaxtlarda SSRİ və Zaqafqaziya Dəmir Yolları İdarəsinin nəzarətinə verilməsinə baxmayaraq, hər zaman Azərbaycan Dəmir Yollarının tabeliyində olduğunu saytımıza açıqlamasında faktlarla bildirib.

Teqlər: