Zəngəzur dəhlizinin yaradılması… – Nazir müavini

Zəngəzur dəhlizinin yaradılması… – Nazir müavini

Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı böyük işlər həyata keçirilir.

AzerTimes xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov akıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş panel müzakirələrində bildirib.

R.Hümmətov eyni zamanda qeyd edib ki, Azərbaycan son 20 ildə logistika sahəsində geniş həcmli işlər görüb:

“Məhz bunun sayəsində biz bu gün müxtəlif istiqamətlərdə yük daşımaları həyata keçiririk. Gələcək üçün nəzərdə tutulan infrastrukturla bağlı həllər məqsəd kimi qarşımıza qoyulub. İnfrastruktur layihələri dedikdə, sərhəd-keçid məntəqələrinin inkişafı ilə bağlı məsələlər, digər tərəfdən əsas yük daşıyıcısı olan Azərbaycan Dəmir Yolları QSC-nin istifadə etdiyi müxtəlif stansiyaların inkişafı ilə bağlı məsələlər, həm Rusiya, həm də Gürcüstan istiqamətində mövcud yollarımızda rabitə və işarə vermə sistemlərinin yenilənməsi kimi məsələlər nəzərdə tutulur”.

R.Hümmədov deyib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir yolu xətti üzrə layihələndirmə işlərinə başlanılıb:

“Bu məsələ İranla müzakirə edilir. Artıq bizim dəmir yolu mütəxəssisləri iranlı həmkarlarla birlikdə yolun marşrutu üzrə iş aparırlar”.

Teqlər: