Zəngəzur dəhlizinin Xəzərin nəqliyyat şəbəkəsinə təsiri…

Zəngəzur dəhlizinin Xəzərin nəqliyyat şəbəkəsinə təsiri…

Zəngəzur dəhlizi Xəzərin mövcud nəqliyyat şəbəkəsini möhkəmlətməyə və region, eləcə də bütün Xəzəryanı ölkələrin neft və neft məhsullarının daşınması üçün əlavə imkanların açılmasına yönəldilib. Azərbaycanın Qarabağ regionunun logistika potensialından istifadə olunmaqla yeni layihələrin inkişafı, şübhəsiz, dəniz daşımalarına alternativ olan yeni güclü liman terminallarının yaradılması ilə nəticələnəcək.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın rus icması sədrinin müavini, politoloq Anastasiya Lavrina deyib.

“2020-ci ilin payızında, Vətən müharibəsi nəticəsində Qarabağ münaqişəsi nizamlanıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Azərbaycan regionda yeni geosiyasi və iqtisadi gündəliyin qurulmasına başlayıb. Bütün bunlarla yanaşı, nəqliyyat-logistika infrastrukturunun inkişaf prosesi və Zəngəzur dəhlizinin işə salınması fəal şəkildə müzakirə olunur. Azərbaycanın təklif etdiyi yeni layihələr bütün ölkələrin marağındadır. Bu barədə Xəzəryanı respublikaların başçıları da dəfələrlə bəyan ediblər”, – Lavrina qeyd edib.

Teqlər: