Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti… – Fuad Nəcəfli

Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti… – Fuad Nəcəfli

Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcək.

AzerTimes xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Muxtar Respublika Ali Məclisinin doqquzuncu sessiyasında çıxışı zamanı bildirib.

O, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi islahatlar və müəyyənləşdirdiyi milli prioritetlərin ölkəmizi yeni inkişaf dövrünə çıxardığını deyib:

“Makroiqtisadi inkişafda dayanıqlılığın təmin edilməsi, iqtisadi potensialın artması Azərbaycanın dünya birliyində həm inteqrasiyasını, eləcə də mövqeyini daha da gücləndirməkdədir”.

F.Nəcəflinin sözlərinə görə, bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur:

“Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcək”.

Teqlər: