Xəbər - Sədrəddin Ağcayev – Trend:
Zəngəzur dəhlizinin açılması Özbəkistanla Xəzər və Qara dəniz ölkələri arasında nəqliyyat əlaqəsinin inkişafı üçün əlavə stimul ola bilər.
Bunu AzerTimes-a “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Özbəkistan 2019-cu ildə mövcud və tikilməkdə olan dəmir yollarının əsasında nəqliyyat-logistika layihəsinə təşəbbüs göstərmişdi:
“Bu layihə Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistanın Xəzər dənizinə, Azərbaycan, Gürcüstan və Türkiyəyə çıxmaqla dəmir yollarının birləşdirilməsini nəzərdə tutur. Bu logistika marşrutu çox vacibdir, belə ki, Özbəkistan-Türkmənistan dəmiryolları və nəqliyyat əlaqəsi sistemi bu layihənin tərkib hissəsidir. Bu baxımdan bizim üçün vacibdir ki, Türkmənbaşı-Ələt maşrutu inkişaf etsin və yeni iştirakçılar cəlb olunsun”.
İ.Vəlizadə vurğulayıb ki, bu marşrutlar Cənubi Qafqazın kommunikasiya sistemləri il uyğunlaşdırılmalıdır:
“Bundan başqa, Zəngəzur dəhlizinin açılması Özbəkistanla Xəzər və Qara dəniz ölkələri arasında nəqliyyat əlaqəsinin inkişafı üçün əlavə stimul ola bilər”.
Qeyd edək ki, ötən gün Özbəkistan və Türkmənistan prezidentləri nəqliyyat-logistika infrastrukturunun inkişafı, Cənubi Qafqaz dəhlizləri vasitəsilə yeni bazarlara çıxış imkanlarını müzakirə ediblər.
(Tərcümə: Orxan Nəbiyev)