Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək – YAP-ın Mərkəzi Aparat rəhbəri

Xəbər - Çingiz Səfərli – Trend:

Bütün dünya azərbaycanlıları tariximizin əlamətdar günü olan Zəfər Günün qeyd edilməsinə hazırlaşır.

Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

T.Budaqov bildirib ki, bu gün keçirilən tədbirimiz də YAP tərəfindən sentyabrın 27-dən başladılan silsilə tədbirlərin növbəti mərhələsidir:

“Bu günki müzkirələrimiz zəfər iqtisadiyyatına həsr olunub. Qarabağın işğaldan azad olunması tək ərazi bütövlüyümüzün bərpa edilməsi deyil, eyni zamanda iqtisadiyyatımızın əlavə gücünün inkişaf etdirilməsinə hesablanan prosesdir. Bu istiqəmətdə nəzərdə tutulan və yaxın müddətdə həyata keçiriləcək tədbirlərlə bağlı məruzələr dinləniləcək. Baxmayaraq ki, Azərbaycan birbaşa okeana çıxışı olmayan ölkədir, ancaq Cənab Prezident İlham Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində ölkəmiz bu gün logistika mərkəzi kimi dünya ticarət əlaqələrində önəmli yer tutur.

Zəngəzur dəhlizinin açılması ilə də ölkəmizin tranzit potensialı daha da yüksələcək. Bu proses də Azərbaycanın daha da sürətli inkişafına və regionda möhkəmlənməsinə gətirib çıxardacaq.”

Teqlər: