Zəngəzur dəhlizini həll etmək lazımdır – Korotçenko

Zəngəzur dəhlizini həll etmək lazımdır – Korotçenko

Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub.

AzerTimes xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Azərbaycan öz öhdəliklərini ciddi şəkildə yerinə yetirir. O, diplomatik və hərbi qərarları ilə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edir.

Bundan sonra Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı məsələni həll etmək lazımdır. Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli artıq gecikib. Görünən odur ki, eksterritorial dəhliz olmalıdır. Orada erməni sərhədçiləri və gömrükçüləri olmamalıdır. Üstəlik, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin hüquqi rejiminə tam uyğun olmalıdır”, – Korotçenko vurğulayıb.

Teqlər: