Xəbər - Elçin Mehdiyev – Trend:
Zəngəzur dəhlizindən ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya çıxa biləcəklər, onlar özləri də özlərini nə qədər əngəllədiyini görəcəklər.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.
Türkiyə Prezidenti vurğulayıb ki, regionda yeni altılıq əməkdaşlıq platforması imkanları yaranıb: “Gürcüstanın bəzi sualları var idi və mən Gürcüstanın baş nazirinin son səfəri zamanı ona bunun faydalarını izah etdim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu etməliyik. Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdıqca biz də lazımi addımlar atacağıq. Türkiyənın Ermənistana faydaları saydıqca bitməz”.