Zəngəzur dəhlizi və Ermənistandaxili durum – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlər gündəmə gətirildi.

Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanın böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq.

Qarabağ münaqişəsindən əvvəl bu dəhliz isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi ancaq İran ərazisindən keçməklə olub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin icrası barədə danışarkən “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” deyib.

Kommunikasiyaların açılması təklifləri artıq masa üzərindədir, Azərbaycan, Ermənistan və Rusiya təmsilçiləri bunun üzərində müzakirə aparırlar.


AzerTimes-ın məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Zəngəzur dəhlizi və Ermənistandaxili durum” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatları Musa Qasimli, Cavid Osmanov və Türkiyənin Azərbaycandaki sabiq səfiri Hulusi Kiliç mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: