Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Müstafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli İşçi Qrupun növbəti iclası başa çatıb.
Regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair üçtərəfli görüşdə bir sıra məsələlər müzakirə edilib.
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib və Qarabağla bağlı üçtərəfli bəyanatlar çərçivəsində aparılan işlərin daha da sürətləndirilməsi haqda danışılıb.
Tərəflər görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.
AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – politoloq Zaur Məmmədov, UNEC-in dosenti Emin Qəribli və siyasi şərhçi Aydın Quliyev mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: