Zəngəzur dəhlizi investisiyaların cəlbi üçün fürsətə çevrilə bilər – Metyu Brayza

Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrini bərpası üçün fürsətə çevrilə bilər.

Bunu AzerTimes-a açıqlamasında ABŞ Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq:

“Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibənin məğlubiyyəti şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq “Böyük Ermənistan” mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağa başlamağın vaxtı gəldiyini başa düşəcəklər”.

Teqlər: