Ağdam. Fərid Zöhrabov -Trend:
Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin
çəkilməsi gündəmdir.
Bunu AzerTimes-a suallarını cavablandırarkən Azərenerji Səhmdar
Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev
deyib.
T.Abdullayev bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və
İmişlidən 330 kvtlıq xəttin çəkilməsi nəzərdə tutulur.
“Zəngəzur dəhlizi vasitəsiylə Avropaya enerji ixrac edilməsi
nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi
və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və
həmin xətt vasitəsiylə elektrik enerjisinin Türkiyəyə ordan da
Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur”, – deyə
T.Abdullayev əlavə edib.
Qeyd edək ki, bu gün ölkənin aparıcı kütləvi informasiya
vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri təşkil olunub.
Jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarına, “Qarabağ” rəqəmsal
idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan
qəsəbəsindəki eyniadlı yarımstansiya ilə tanış olacaqlar.