Zəngəzur dəhlizi ideyası Ermənistanın iradəsindən asılı olmayaraq həyata keçiriləcək.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“Zəngəzur dəhlizi” ifadəsi türkdilli siyasi lüğətdə regional layihələr kontekstində yenidən aktivləşdirilib. Ermənistan rəhbərliyi ölkə daxilində insanları əzir, həbs edir, lakin Azərbaycan və Türkiyəyə baş əyir, dedikləri ilə razılaşır, güzəştə gedir. Hələ də aydın deyil ki, dəhliz məsələsinin necə həyata keçirilməsi nəzərdə tutulur? Fikrimcə, İrəvanın nəyəsə müqavimət göstərməsi qeyri-realdır”, – T.Abramyan bildirib.