Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır.
AzerTimes xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei Paşinyanla görüşündə deyib.
“İran-İraq müharibəsində İran ermənilərinin böyük rolu olub və mən şəxsən İranda çoxlu sayda erməni ailələrinə baş çəkmişəm”, – o vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.