Zəngəzur dəhlizi bütün türk dünyasına töhfə verəcək – Çavuşoğlu

Xəbər - Humay Ağacanova -Trend:

Zəngəzur dəhlizi bütün türk dünyasına öz töhfəsini verəcək.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, türkdilli ölkələrin iqtisadiyyatını bir-birinə bağlaya bilmək üçün logistika sahəsində əməkdaşlıq gücləndirilməlidir.

“Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Zəngəzur dəhlizi ilə daha da güclənəcək. Bu dəhliz bütün türk dünyasının rifahına öz töhfəsini verəcək. Bu töhfədən faydalanmaq üçün Türk Şurası ölkələri arasında ticarəti daha sərbəst hala gətirməliyik.” – deyə nazir bildirib.

Teqlər: