Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.
AzerTimes xəbər verir ki, artıq Z.Meftahətdinovanın yerinə təyinat olub.
Belə ki, polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.
Qeyd edək ki, Mövlud Mirəliyev 2020-ci ildə DİN-in İdman Cəmiyyətinin baş inspektor vəzifəsinə təyin olunmuşdu.
Əlavə edək ki, Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.