Zəlzələyə görə Ronaldonun formasını hərraca çıxardı

Zəlzələyə görə Ronaldonun formasını hərraca çıxardı

Türkiyə millisinin və İtaliyanın “Atalanta” klubunun üzvü Merih Dəmiral zəlzələdən zərər çəkənlərə yardım üçün portuqaliyalı hücumçu Kristiano Ronaldonun imzalı formasını hərraca çıxarıb.

AzerTimes xəbər verir ki, “Yuventus”un futbolçusu bu barədə Tvitter hesabında paylaşım edib.

“Bir qədər əvvəl Ronaldo ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü söylədi. Hərracdan əldə olunacaq vəsait zəlzələ bölgəsi üçün istifadə ediləcək”, – Dəmiral qeyd edib.

Teqlər: