Fevralın 6-da Qəhrəmanmaraş mərkəzli zəlzələ nəticəsində ağır zərər görən Türkiyənin Kilis şəhərindəki məscid minarələrinin sökülməsi nəzarətli şəkildə həyata keçirilib.
AzerTimes xəbər verir ki, zəlzələdə böyük ziyan görən Mehmet Rəcəb Akış məscidinin minarəsi Kilis Bələdiyyəsi Elm İşləri Müdirliyi qrupları tərəfindən nəzarətli şəkildə sökülüb.
Qeyd edək ki, zəlzələ nəticəsində Malatya şəhərində də yeni tikilmiş məscid dağılmışdı. Hadisə yerində ölən olmayıb.