Zəlzələ həyatını itirənlərin ailələrinə 100 min lirə verilir.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə nağd pul veririk. Qarşıdakı günlərdə də yaranacaq ehtiyaclara uyğun olaraq vətəndaşlarımıza əlavə dəstək göstərəcəyik”, – deyə R.T.Ərdoğan əlavə edib.