Zəlzələdə dağılan binanın podratçısı xaricə qaçarkən yaxalandı

Zəlzələdə dağılan binanın podratçısı xaricə qaçarkən yaxalandı

Türkiyənin Hatay vilayətinin Antakya şəhərində yerləşən, zəlzələ nəticəsində dağılan “Renessans Residence”in podratçısı Məhməd Yaşar Coşqun xaricə qaçmağa çalışan zaman saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

M.Y.Çoşqun İstanbul Hava Limanında saxlanılıb.

Bildirilib ki, tikintisi 2012-ci ildə tamamlanan, hündürmərtəbəli bina olan “Renessans Residence”də 250 mənzil var idi.

Teqlər: