Qəhrəmanmaraş və ətraf vilayətlərdə meydana gələn dağıdıcı zəlzələdə təəssüflər olsun ki, Can Azərbaycanın beş vətəndaşı həyatını itirib.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qeyd edib.
Millət vəkili həlak olan vətəndaşlarımızın ailələrinə səbir diləyib:
“Nailə Bünyadova, Rəna Xudaverdi, Sevinc Məmmədova, Leyla Eldar Karli və İlahə Həsənzadəyə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”.