İranın Xuzistan əyalətində Xoy zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası başladan üç ərəb fəal saxlanılıb.
AzerTimes xəbər verir ki, Mahmud Kəbi, Rəzzaq Kənani və Səddam Kəbi adlı şəxslər fevralın 5-də həbs ediliblər.
Qeyd edək ki, adı çəkilən fəallar ərəb ziyalılarının çağırışlarından sonra yardım kampaniyası başlatmışdılar.