Zəlzələ neçə bal olub? Rəqəmlər niyə düz gəlmir?

Zəlzələ neçə bal olub? Rəqəmlər niyə düz gəlmir?

Bu gün saat 00:01-də Xəzər dənizinin Azərbaycan sektorunda (şimal ərazisində) baş verən zəlzələ ilə bağlı məlumatların üst-üstə düşməməsi diqqət çəkir.

AzerTimes xəbər verir ki, Respublika Seysmoloji Mərkəzi zəlzələnin Quba yaxınlığında, Xəzər dənizində 41.47 N və 49.08 E koordinatında, 65 km dərinlikdə, 5,5 maqnitudada olduğunu bildirir.

Mərkəz qeyd edir ki, zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan İdarəsi bildirib ki, zəlzələ Dərbənddən 100 km cənubda, Xəzər dənizinin Azərbaycan hissəsində baş verib: dərinlik 10 km, maqnitudada isə 5,9 bal.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin açıqlamasında isə Xaçmazın 46 km şimal-şərqində, Xəzər dənizində baş verən zəlzələnin maqnitudasının 5,4 bal olduğu açıqlanıb. Zəlzələ ocağının 35 km dərinlikdə yerləşdiyi qeyd edilib.

Göründüyü kimi, zəlzələnin gücü və baş vermə dərinliyi ilə bağlı məlumatlar üst-üstə düşmür.

Teqlər: