Suriyada baş verən zəlzələ Vaşinqtonun rəsmi Dəməşqə qarşı siyasətinə təsir etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi zəlzələdən sonra Amerikanın yardımının Suriya hakimiyyətində münasibətdə dəyişiklik anlamına gəlib-gəlməməsi ilə bağlı sualları cavablandırarkən deyib.
“Heç bir dəyişiklik olmayıb və biz Əsəd rejimi ilə bağlı bunları gözləmirik”, – o bildirib.
Kirbi yardımların artıq bölgədə olan humanitar təşkilatlar vasitəsilə həyata keçirildiyini və davam edəcəyini vurğulayıb.