Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

Güneydə, Qərbi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru məlumat yayıb.

Xəsarət alanlardan 139-u evə buraxılıb. 26 vətəndaşın isə hələ də tibbi yardıma ehtiyacı var.

Qeyd edək ki, dünən İranın Xoy şəhərində 5.7 maqnitudalı zəlzələ baş vermişdi.

Teqlər: