Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Zelenski ilə söhbətindən danışıb.
AzerTimes xəbər verir ki, o, bunu amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.
“Onun (Zelenskinin – red.) atası İkinci Dünya müharibəsi illərində faşistlərlə, nasistlərlə vuruşmuşdu, bir dəfə onunla bu barədə danışmışdım. Ona dedim: “Volodya, nə edirsən? Atanız faşizmə qarşı vuruşduğu halda bu gün Ukraynada niyə neonasistləri dəstəkləyirsiniz? Onun nə cavab verdiyini deməyəcəyəm, bu ayrı mövzudur və məncə, düzgün deyil”, – o bildirib.