ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişəyə son qoymaq planının müddəalarından xəbərdardır.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild keçirdiyi mətbuat konfransında deyib.
“Biz prezident Zelenskinin sülh planını gördük. Onun işləyə biləcək bir strategiya və plan hazırladığına inanırıq. Nyu-Yorkda olacaq dövlət başçıları ilə danışarkən onu necə irəli sürəcəyimizi düşünməliyik”, – deyə diplomat bildirib.