Zelenskinin Polşadakı insidentlə bağlı qeyri-dəqiq açıqlamaları…

Zelenskinin Polşadakı insidentlə bağlı qeyri-dəqiq açıqlamaları…

Ukrayna Prezidenti Vladimir Zelenski Polşada fövqəladə vəziyyətlə bağlı etibarsız məlumatlara əsaslanıb açıqlamalar verməməliydi.

AzerTimes xəbər verir ki, bu sözləri Çexiya Ordusunun Baş Qərargahının keçmiş rəisi, general Yirji Şedivı deyib.

“Ukraynalıların hələ təsdiqlənməmiş məlumatları yaymaması lazımdır. Mənim nəzərdə tutduğum Vladimir Zelenskinin dedikləridir”, – Şedivı deyib.

Generalın sözlərinə görə, dövlət başçısı bununla müzakirəni yanlış istiqamətə yönləndirib. Hadisəni araşdırarkən tələsik nəticə çıxarmaq yox, çox ehtiyatlı hərəkət etmək lazım idi.

O qeyd edib ki, Varşava insidentdən az sonra bu məsələ ilə bağlı Moskvaya ünvanlanan bəyanatları artıq daha diqqətlə seçməyə başlayıb.

Teqlər: