Müharibədən sonra Ukrayna ordusu Avropada yerləşən ABŞ qoşunlarının bir hissəsini əvəz edəcək və Ukrayna öz kritik təbii ehtiyatlarını Qərblə bölüşəcək. Trampın mümkün qələbəsini nəzərə alaraq, Zelenskinin Qələbə planının üç bəndindən ikisi bunlardır.
AzerTimes xəbər verir ki, bu barədə “Faynenşl Tayms” planla tanış olan mənbələrə istinadla məlumat yayıb.
“Prezident Zelenski bunu sentyabr ayında keçirilən görüşdə Trampa təqdim edib və o da bu iki bəndlə maraqlanıb”, – nəşr bildirib.